Park və restoranlarda vəziyyət - VİDEO

Park və restoranlarda vəziyyət - VİDEO

Xüsusi karantin rejimi yumşaldılsa da,bəzi qaydalar var ki,onlara mütləq əməl olunmalıdır.

Bayram tətilini fürsət bilən insanlar,şəhər ərazisində dəmir məhəccərlərdən azad edilən parklarda dincələrkən,bəzən bu qaydaları unudurlar. Bir tərəfdə yaz ab-havası,güllük-gülüstanlıq bunlar öz yerində,lakin ağlımızın bir ucunda da gündəlik yoluxma sayını mütləq saxlamaqda fayda var.

Parklarla yanaşı, mayın 18-dən etibarən restoranların fəaliyyəti də bərpa olundu.Burada da diqqət yetirilməli məqamlar var.Məsələn restoranda müştərilərin bir-birinə yaxın əyləşməməsi tövsiyyə olunur.Həmçinin dezinfeksiya edici məhlulların istifadəsi də öz yerində.

Restoranın adminstratoru deyir ki, qoyulan bütün qaydalar əsas tutulur.İçəridə masaların düzülüşü bir-birinə yaxın olsa da müştərilər özləri də bu məsafəni qorumaqda maraqlı olmalıdırlar.Bəzən restoranda kifayət qədər boş masa olsa da,müştərilər eyni sırada oturaraq qaydanı pozmuş olurlar.Belə olan halda Vəziyyətə müştəri məmnuniyyəti adı altında heç bir müdaxilə etməyən restoran sahibləri özləri karantin qaydalarını pozmuş olurlar.

Mağazalarda da vəziyyət belədir.Maskadan istifadə edənlər də var,etməyənlər də.Onlara içəri daxil olarkən maska taxmağın məcburi olduğunu heç kim bildirmir.

İstənilən halda yumşalma elan edildikdən sonra,əhali arasında karantin rejiminin tamamilə bitdiyini zənn edənlər az deyil.Önümüzdəki aylarda da yumşalmalar ola bilər,lakin xüsusi gigiyenik vasitələrdənistifadə ,ara məsafəsinin qorunması qaydası hələ bir müddət qüvvədə qalacaq.

Mənbə: www.realtv.az