Belarus neft tapdı - rəsmi açıqlama

Belarus neft tapdı - rəsmi açıqlama

Belarusda iki yeni neft yatağı kəşf edilib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı BelTa agentliyi yayıb.

Mənbə bildirir ki, yeni yataqlar İzbınskoye və Severo-Omelkovsçinskoye adlandırılıb.

Onlar Qomel bölgəsinin Xoyniksk rayonundakı yerləşirlər.

“Belorusneft” şirkətinin məlumatına görə, yataqların ümumi ehtiyatı 2,5 milyon tondan çoxdur.

Şirkətin baş direktorunun geologiya üzrə müavini Petr Povjik son iki ildə həmin ərazidə yataq tapmaq səylərinin cəmləşdiyini söyləyib.

2020-ci ilin əvvəlində burada Qartsevo yatağının cənub bloku aşkar edilib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az