Bazarda qiymətlər - VİDEO

Bazarda qiymətlər - VİDEO

Ramazan bayramı bitdikdən sonra bazarda meyvə tərəvəzin qiymətlərini oyrənmək üçün üz tutduq paytaxt bazarlarına.

Bazarda məhsul qıtlığı müşahidə olunmur. Mövsümə uyğun hər nə desən var. Satıcıların sözlərinə görə piş taxtalarda əsasən yerli məhsullar yer alır.

Bəs görəsən qiymətlər necədir?

Müşahidələrimiz onu göstərdi ki, tərəvəzlərin qiymətlərində ciddi dəyişiklik olmayıb.

Meyvələrdə isə vəziyyət biraz fərqlidir. Məhsulun qiyməti dəyişir.

Bəs görəsən ümumiyyətlə qiymətlər niyə dəyişir? Məhsulların qiymətinə hansı amillər təsir edir?

İqtisadçıların fikrincə hazırda ölkədə istehlak bazarında kəskin qiymət artımı yoxdur.

Bəs bazara çıxarılan məhsulların təhlükəsiz olduğuna necə əmin olaq? Meyvə tərəvəz məhsulları bazara çıxarılmazdan öncə yoxlanılırmı?

Belə qənaətə gəldik ki, məhsulun qiymətinə həmdə onun keyfiyyəti də təsir edir. Koronavirus pandemiyasının iqtisadiyyata vurduğu ziyana baxmayaraq, bazarda qiymətlər nisbətən stabildir.

 

Mənbə: www.realtv.az