“Azərenerji” elektrik enerjisi ixracını 29% azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 34,3 milyon ABŞ dolları dəyərində 744,8 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,8 milyon ABŞ dolları (24%) və 304,1 milyon kVt/saat (29%) azdır.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,5%, qeyri-neft sektoru üzrə ixracında isə 6,3% paya malik olub.

Azərbaycanın elektrik enerjisi ixracatçısı “Azərenerji” ASC-dir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Dünya şokda: Körpəni diri-diri dəfn etdilər - Qəbiri təkrar qazdıqlarında isə...

SONRAKI XƏBƏR

Jurnalist Aslan İsmayılovun ittihamına cavab verdi: “Dostun Zakir Qaralovun…”