Koronavirus Avropanın ən iri aviaşirkətini müflis olmaqla üz-üzə qoydu

Koronavirus Avropanın ən iri aviaşirkətini müflis olmaqla üz-üzə qoydu

COVİD-19 pandemiyasının gətirdiyi iqtisadi bəlalar üzündən çətin maliyyə durumuna düşən “Lufthansa” aviaşirkətinin xilası üçün Almaniya höküməti hərəkətə keçib.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, bu məqsədlə Almaniya hökuməti şirkətin səhmlərinin 20 faizini almaq qərarına gəlib. Bu dəstək paketinin həcmi isə 9 milyard avroya yaxındır. Aviaşirkətin bir səhminin qiyməti 2,56 avro civarında qiymətləndirilir. Hökumət zərurət yaranacağı təqdirdə şirkətin səhmlərinin 25 faizinin alınmasını da ehtiyat variant kimi müzakirə edir. Təbii ki, bu məsələdə son söz Avropa Komissiyasınındır.

Mənbə: konkret.az