"Performance Center" şirkəti ölkəyə daha 2 beynəlxalq avtomobil markasını gətirir!

"Performance Center" şirkəti ölkəyə daha 2 beynəlxalq avtomobil markasını gətirir!

Bildiyiniz kimi, Performance Center şirkəti 1997-ci ildə Chevrolet və Cadillac avtomobillərinin Azərbaycandakı rəsmi distributoru kimi fəaliyyətə başlayıb.

2019-cu ilin avqust ayında isə Performance Center şirkəti Özbəkistan istehsalı olan Ravon avtomobillərinin Azərbaycandakı rəsmi distributorluğunu alaraq, satışlarını həyata keçirməyə başlayıb.
İndi isə öz şourumuna daha 2 beynəlxalq Çin avtomobil markasını qatmağa hazırlaşır. Məlumdur ki, son illərdə keçirilən beynəlxalq avtomobil sərgilərində Çin avtomobilləri öz innovativliyi və güclü xüsusiyyətləri ilə hər kəsin diqqətini çəkməyə başlayıb.

Performance Center şirkəti də bu fürsətdən istifadə edərək Çinin 2 böyük markası, BAİC və JAC ilə razılaşmaya gələrək, Azərbaycandakı rəsmi distributorluğunu əldə edib. Şirkət həmçinin müştərilərin rahatlığı üçün onlara avtomobillərin ehtiyat hissələri və servis xidmətini də təklif edəcək. Şirkətin marketinq direktoru Fərid Məmmədli bildirir ki, yaxın zamanda avtomobillərin media və alıcılara təqdimatı olacaq.

Mənbə: az.trend.az