Özbəkistanda koronavirusdan sağalanların sayı artır

Özbəkistanda koronavirusdan sağalanların sayı artır

Özbəkistanda yeni növ koronavirusdan sağalanların sayı 2607 nəfərə çatıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutka ərzində koronavirusa yoluxanların sayı 81 nəfər artaraq 3261 nəfərə çatıb. Bildirilir ki, 641 pasiyent müalicə edilir, 13 nəfər ölüb.

Ölkədə 300-dən çox tibb işçisi bu virusa yoluxub.

Özbəkistanın baş sanitar həkimi Nurmat Atabekov jurnalistlərə bildirib ki, indiyədək pasiyentlərin müalicəsinə 110 milyard sum (11 milyon dollar), vətəndaşların karantində saxlanmasına isə 10 milyard sum (10 milyard dollar) xərclənib. Bir pasiyentin sağalmasına 32,3 milyon sum (təxminən 3 min dollar), koronavirusun ağır formasının tam müalicə olunmasına isə 64 milyon sum (6 min dollar) vəsait sərf olunur.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Mənbə: azertag.az