Venesuelaya gedən İran neft tankerləri ilə bağlı son vəziyyət açıqlandı

Venesuelaya gedən İran neft tankerləri ilə bağlı son vəziyyət açıqlandı

Eastnews.org-un verdiyi xəbərə görə, Venesuelaya neft məhsulları daşıyan İran tankeri ölkənin eksklüziv iqtisadi zonasının sularına girib.
Bu barədə "Təsnim" agentliyi məlumat yayıb.

Məlumata görə, Venesuelaya neft məhsulları daşıyan İranın beş tankerindən ikinci gəmisi dünən gecə Venesuela hərbi gəmilərinin müşayiətilə limana yola düşüb. Tanker "Punta Cardin" limanına 26 may tarixində çatacaq.

Üçüncü tanker olan "Foxon", 27 may tarixində Karib dənizindəki Venesuela sularına daxil olacaq. Venesuellanın eksklüziv iqtisadi zonasının sularına girərkən İran neft tankerlərini qırıcı təyyarələr, helikopterlər və döyüş gəmiləri müşayiət edib.

Mənbə: eastnews.org