Pandemiya sığortanın ən çox bu növünə mənfi təsir edib - Açıqlama

Pandemiya sığortanın ən çox bu növünə mənfi təsir edib - Açıqlama

COVID-19 epidemiyası icbari sığorta məhsullarına nisbətən daha çox könüllü sığorta məhsulları bazarına mənfi təsir edib.

Bunu ABC.AZ-a "AtaSığorta"-nın İdarə heyəti Sədrinin birinci müavini Qoşqar Hesenov Pandemiyanın sığorta bazarına təsirini şərh edərkən deyib.

O qeyd edib ki, dünyada və eləcə də Azərbaycanda koronavirus pandemiyasının təsirinə məruz qalmayan biznes sahəsi yoxdur: "Lakin pandemiyanın ölkə iqtisadiyyatına, o cümlədən maliyyə bazarlarına mənfi təsirləri də qaçılmazdır. Bir neçə ay davam edən bu hal sığorta şirkətlərinin satışlarına ciddi təsirini göstərdi. Satışların azalması buna əyani sübutdur. Bəzi sığorta şirkətləri bazara yeni məhsullar təqdim etsə də əhalinin gəlirlərinin aşağı düşməsi bu məhsullardan faydalanmağa imkan vermədi. Eyni zamanda dünya sığorta bazarına və ekspertlərin analizlərinə nəzər salsaq görərik ki, COVID-19 epidemiyası icbari sığorta məhsullarına nisbətən daha çox könüllü sığorta məhsulları bazarına mənfi təsir edib".

Mənbə: abc.az