Bakı-Naxçıvan aviareysində gediş haqqı dəyişib? – AZAL

Bakı-Naxçıvan aviareysində gediş haqqı dəyişib? – AZAL

"Bakı-Naxçıvan marşrutu ilə sərnişin aviareysinin gediş haqlarında heç bir artım olmayıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.

Paşa Kəsəmənski qeyd edib ki, daxili uçuşların qiyməti Tarif Tarif Şurasının qərarı ilə müəyyənləşir:

"Qurumun qərarı olmadan heç bir qiymət dəyişmir. Yeni qərar yoxdur. Hamısə standart tariflədır”.

Mənbə: qaynarinfo.az