Rusiya bankları son 6 ilin rekorduna imza atıblar

Rusiya bankları son 6 ilin rekorduna imza atıblar

Banklar Rusiyaya rekord həddə valyuta gətirib.

“Kommersant.az” Rusiya Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bazar iştirakçıları ölkə daxilində valyuta almaqla yanaşı xaricdən də böyük məbləğdə pul cəlb edib.

Bununla da banklar əmanətçilərin qaçışından müdafiə olunmağa çalışıblar. Belə ki, təkcə bu ilin martında əmanətçilər ölkə banklarından 5 milyard valyutanı geri çəkiblər.

Mart ayında pandemiya fonunda bazar göstəricilərinin düşməsi nəticəsində banklar ölkəyə 4,95 milyard dollar, 1,13 milyard isə nağd avro gətiriblər. Fevral ayı ilə müqayisədə dollar gətirilməsi 9,6 dəfə artıb. Sonuncu dəfə Rusiya bankları 2014-ci ilin mart-dekabr aylarında bu qədər (9,6-10,5 milyard dollar) cəlb etmişdilər.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı ölkədəki bankları likvid vəsaitlə təmin etmək üçün əməliyyatları qeyri-nağd fomada aparır. Həmçinin xarici valyutalar kommersiya banklarına nağd formada verilmir.

Mənbə: www.kommersant.az