Virus varlılara düşərli olub: Azərbaycanlı milyarder daha da varlanıb

Virus varlılara düşərli olub: Azərbaycanlı milyarder daha da varlanıb

Pandemiya dövründə rusiyalı varlılar daha da varlanıb.

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, onlar sərvətlərini daha 62 milyard dollar artırmağa nail olublar. Beləliklə, indi onların ümumi sərvəti 454 milyard dollara çatıb.

Bu barədə “Forbes" yazıb. Nəşrin yazdığına görə, ən çox qazanan Vladimir Potanin olub. Onun sərvəti 6,4 milyard dollar artıb. Leonid Mixelsonun artıq qazandığı sərvət 5,4 milyard dollar olub. Siyahıda Aleksey Mordaşov və azərbaycanlı Vahid Ələkbərovun da adı var.

Amerikalı milyarderlər isə sərvətlərini bu müddətdə 434 milyard dollar artırıb. Bu siyahya "Amazon"un yaradıcısı Ceff Bezos rəhbərlik edir- 34,6 milyard dollar.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info