Latın Amerikasının iri aviaşirkəti özünü müflisləşmiş elan edib

Latın Amerikasının iri aviaşirkəti özünü müflisləşmiş elan edib

Madrid, 26 may, AZƏRTAC

Latın Amerikasının “Latam Airlines” iri aviaşirkəti koronavirus pandemiyası səbəbindən aktivliyin sürətlə aşağı düşməsi nəticəsində müflisləşdiyini elan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir. İri aviadaşıyıcı olan “Latam Airlines” özünü müflisləşmiş elan edərək kreditorlara ödənişlərin müddətini uzatmağa çalışır.

Şirkətin baş direktoru Roberto Alvonun sözlərinə görə, pandemiyayadək “Latam” dünyanın 26 ölkəsində 145 təyinat məntəqəsinə reyslər yerinə yetirib və gündəlik 1400-ə yaxın uçuşlar həyata keçirib.

Aviadaşıyıcı təsdiqləyib ki, 2015-ci ildə 900 milyarddan artıq cəlb edilən borclara görə nə faizləri, nə də əsas borcu ödəyə bilmir.

Son bir neçə həftə ərzində şirkət Çili, Kolumbiya, Ekvador və Peruda 1850 əməkdaşını ixtisara salıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

Mənbə: azertag.az