Pandemiya dövründə ən çox qazanan rusiyalı milyarderlər - FOTO

Pandemiya dövründə ən çox qazanan rusiyalı milyarderlər - FOTO

Rusiyanın zəngin adamları koronavirus pandemiyası dövründə sərvətlərini artırıblar.

“Report” “Forbes” jurnalına istinadən xəbər verir ki, COVID-19 pandemiyası dövründə Rusiyanın ən varlı adamları sərvətlərini 62 milyard ABŞ dolları artırıb. Hazırda onların 454 milyard ABŞ dolları var.

Rusiyalı milyarderlər arasında ilk yerlərdə olan “Nornikelya”-nın sahibi Vladimir Potaninin varidatı 19,6 milyard ABŞ dollarından 26,1 milyard ABŞ dollarına qədər artıb.

Potanindən sonra ikinci yerdə “Novateka”-nın sahibi Leonid Mixelson gəlir. O, pandemiya dövründə 5,4 milyard ABŞ dolları qazanıb. Hazırda onun sərvəti 22,5 milyard ABŞ dollarıdır.

“Seevrstal”-ın sahibi Aleksey Mordaşov 2,3 milyard ABŞ dolları (hazırda sərvəti 19,1 milyard ABŞ dollarıdır), “Lukoil”-in prezidenti Vahid Ələkbərov 5,6 milyard ABŞ dolları qazanıb ( hazırda onun sərvəti 20,8 milyard ABŞ dollarıdır).

Nəşrin bildirdiyinə görə, birjaların bərpası sayəsində Rusiyada milyarderlərinin sayı 99 nəfərdən 101 nəfərə yüksəlib.

 

Mənbə: report.az