“BakTelekom”un gəlirləri azalıb

“BakTelekom”un gəlirləri azalıb

“BakTelekom” kimi tanınan “Bakı Telefon Rabitəsi” MMC 2019-cu ildə 69.66 mln. manatlıq gəlir əldə edib. Bu öncəki ildən (70 mln. manatdan) cüz fərqlə az olması deməkdir.

Banker.az bu barədə “BakTelekom”un ilkin olaraq məhdud çərçivədə elan etdiyi hesabatda deyilir.

Hesabata görə, kommunikasiya şirkəti 51.59 mln. manatlıq xərc çəkib: bunun 20.27 mln. manatı işçi heyətinə, 8.65 mln. manatı amortizasiya xərcləri təşkil edib.

Beləliklə ötən il ərzində “BakTelekom”un 18.07 mln. manatlıq mənfəət etdiyini görürük.

Mənbə: banker.az