Avropalıların 60 faizi pulsuz qalıb - BÖHRAN

Avropalıların 60 faizi pulsuz qalıb - BÖHRAN

Avropa Birliyi ölkələrinin əhalisinin 60 faizi COVİD-19 pandemiyasına görə maliyyə itkisi ilə üzləşib.

Cebhe.info xəbər verir ki, Avropa Parlamenti aparılan rəy sorğusunun nəticələrini yayıb.

Rəyi soruşulanların 58 faizi pandemiya başlayandan bəri karantin tədbirləri nəticəsində maliyyə çətinliyi ilə qarşılaşıb. 30 faiz respondent bildirib ki, gəlirləri yox olub. 23 faizin sözlərinə görə, işini itirib. 21 faiz öz ehtiyatından xərcləmək məcburiyyətində qalıb. 14 faiz rəyi soruşulan aylıq xərclərini, kirayə və kreditlərini ödəməkdə çətinlik çəkib. 9 faiz hətta ərzaq məhsulları almaqda problemlə qarşılaşıb.

Beləliklə, Avropa Birliyinin 69 faiz əhalisi böhranla daha fəal mübarizə tədbirlərinə ehtiyac olduğunu bildirib.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info