ABŞ-da şist neft hasil edən daha bir şirkət müflis oldu

ABŞ-da şist neft hasil edən daha bir şirkət müflis oldu

ABŞ-da COVID-19 pandemiyası nəticəsində “qara qızıl”a olan tələbatın xeyli azalması üzündən şist nefti istehsal edən “Unit” şirkəti müflisləşmə proseduruna başlayıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “The Wall Street Journal” dərc edib.

Belə ki, həmin şirkətin borcu 650 milyon ABŞ dolları ötüb. Son zamanlar şirkət işçilərinin 30 faizini ixtisara salıb.

Artıq şirkət tərəfindən ümumi borcu azaltmaq və gəlirliliyi bərpa etmək məqsədi ilə plan hazırlanıb.

Plan, şirkətin borc öhdəliklərinin təxminən 70 faizini idarə edən kreditorlar və səhmdarlar tərəfindən dəstəklənib.

Qeyd edək ki, ABŞ-da şist neftinin hasilatı ilə məşğul olan 17 şirkət müflisləşmə proseduruna başlayıb.

Mənbə: report.az