Türk Lirəsi daha da bahalaşdı

Türk Lirəsi daha da bahalaşdı

Dollar/TL məzənnəsi iqtisadiyyatların yenidən açılması ilə artan risk iştahının dəstəyilə 1.5 ayın ən aşağı səviyyəsinə düşüb.

Dollar/TL məzənnəsi, iqtisadiyyatların yenidən açılmasının qlobal iqtisadi inkişafa dair narahatlıqları azaltması və buna bağlı olaraq risk iştahındakı artımın təsirilə 13 Apreldən bu yana ən aşağı səviyyəsini görüb. Bayram səbəbindən bazarların bağlı olması da əməliyyat həcmini məhdudlaşdırıb.

İnsider.az xəbər verir ki, beynəlxalq bazarlarda risk proqnozlarında azalma, inkişaf edən ölkələrin valyutalarının dollar qarşısında dəyər qazanmasına səbəb olub, dolların G-10 ölkələrinin pul vahidləri qarşısında da dəyər itirməsinə gətirib çıxarıb.

Dollar/TL məzənnəsi günə 6.81 səviyyələrindən başlayıb. Məzənnə gün ərzində 6.6970 səviyyəsini görüb. Bakı vaxtı ilə saat 18:25-də Dollar/TL məzənnəsi 6,71 səviyyəsində olub. Bu gün Türk Lirəsi dollar qarşısında təxminən 1,5% dəyər qazanıb.

Analitiklər bildirirlər ki, Çin və ABŞ arasındakı şiddətli gərginliyə baxmayaraq risk iştahı yüksəlir. Bazar, xəbər axışına asimmetrik bir reaksiya verməklə birlikdə, stəkanın dolu tərəfini görməyə davam edir.

Mənbə: insider.az