"Fitch" agentliyindən iqtisadi tənəzzül ANONSU

"Fitch" agentliyindən iqtisadi tənəzzül ANONSU

"Fitch" beynəlxalq reytinq agentliyi koronavirus pandemiyası səbəbilə dünya üzrə qlobal iqtisadi təxminlərini təkrar yeniləyib.

Cebhe.info xəbər verir ki, sözügedən təxminlərlə bağlı "Qlobal İqtisadi Baxış Hesabatı" yayımlanıb. Agentlik əvvəlki proqnozunda pandemiya səbəbi ilə dünya iqtisadiyyatının 3,9 faiz enişə düşməsini gözləsə də, bu təxmin 4,6 faizə yüksəlib. 2021-ci ildə isə bu faizin 5,1-ə yüksələcəyi gözlənilir.

Həmçinin, Türkiyə iqtisadiyyatı üçün əvvəlcə 2 faizlik enmə nəzərdə tutulmuşdusa, bu göstərici hazırki hal üçün 3 faizə çatıb. 2020-ci il üçün Almaniya iqtisadiyyatında 6,7, İtaliyada 9,5, İspaniyada 9,6, Fransada 9, İngiltərədə 7,8, ABŞ-da 5,6 faizlik eniş gözləyir.

Mənbə: cebhe.info