Yaponiyadan turizmə 12 milyard dollarlıq DƏSTƏK

Yaponiyadan turizmə 12 milyard dollarlıq DƏSTƏK

Yaponiya hökuməti turizmi canlandırmaq üçün belə addım atıb.

Sonxeber.az xəbər verir ki, Yaponiya hökuməti koronavirusun yeni növünün (Kovid-19) təsiri altına düşən turizm sektorunu canlandırmaq üçün ölkədə tətilə gedənlərə gündəlik olaraq 20 min yen (185 dollar) məbləğində maliyyə yardımı edəcək.

Kyodo agentliyinin verdiyi xəbərə görə, Baş nazir Abe Şinzo hökuməti Kovid-19-un güclü təsir etdiyi turizm üçün başladılan "Səyahətə davam et" kampaniyasının təfərrüatlarını açıqlayıb.

İyul ayının sonunda başlaması planlaşdırılan 1,35 trilyon yen (12,5 milyard dollar) həcmli layihəyə Yaponiyanın turizm agentlikləri və ya ənənəvi "ryokan" otellərindən səyahət rezervasyonları daxil ediləcək.

Buna görə, səyahət xərclərinin yarısı bir nəfərə gündəlik 20 min yen dəstəy, yerləşmək, yaxınlıqdakı mağaza və restoranlarda istifadə ediləcək endirim kuponları ilə ödəniləcəkdir.

Hökumət turizm sektorunu təmin etməyi hədəfləsə də, kampaniyaya Yaponiya xaricindən gələn turistlər üçün gediş haqqı daxil etməyəcək.

Qeyd edək ki, Tokio Olimpiadasının koronavirusa görə 2021-ci ilin yayına təxirə salındığı açıqlanıb.

Mənbə: sonxeber.az