Bank Respublika özünüməşğulluq proqramına dəstək olmağa davam edir

Bank Respublika özünüməşğulluq proqramına dəstək olmağa davam edir

Ölkəmizdə sahibkarlığın inkişafına hər zaman dəstək olan Bank Respublika, həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində növbəti addımını atıb.

Bank, 28 may – Respublika Günü ərəfəsində, Quba, Lənkəran, Bərdə və Zaqatala rayonlarında daha öncə müqavilələr bağlanılan həssas əhali qruplarına özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq müxtəlif avadanlıqlar təqdim edib.

Bununla da Bank, respublikamızın müxtəlif regionlarında sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə dəstək istiqamətində gördüyü işlərə davam edib.

Qeyd edək bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.

Mənbə: qaynarinfo.az