"Fitch" növbəti hesabatını açıqladı

"Fitch" növbəti hesabatını açıqladı

"Fitch" beynəlxalq reytinq agentliyi "Qlobal İqtisadi Vəziyyət" hesabatını yayımlayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, qurum dünya iqtisadiyyatının bu il 3,9 faiz kiçiləcəyi proqnozunu 4,6 faizə çıxarıb. Hesabatda qlobal iqtisadiyyatın 2021-ci ildə 5,1 faiz böyüyəcəyi də proqnozlaşdırılıb.

Həmçinin Avropanı ən böyük iqtisadiyyatı olan Almaniyada bu il 6,7 faiz, İtaliyada 9,5, İspaniya iqtisadiyyatında 9,6, Fransada 9 və Böyük Britaniya iqtisadiyyatında isə 7,8 faiz kiçilmə gözlənildiyi qeyd olunub. ABŞ iqtisadiyyatının da bu il 5,6 faiz daralacağı, 2021-ci ildə isə 4 faiz böyüyəcəyi proqnozlaşdırılır.

Agentlik Türkiyə iqtisadiyyatının kiçilmə proqnozunu da yeniləyib və 2 faizdən 3 faizə çıxarıb. Növbəti il isə Türkiyədə 5 faiz böyümə müşahidə ediləcəyi qeyd olunub.

Mənbə: qaynarinfo.az