Avropa Komissiyası koronavirus pandemiyasından sonra Avropa İttifaqının (Aİ) iqtisadiyyatını bərpa etmək üçün 750 mlrd. avroluq fondun yaradılmasını təklif edib.
"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İqtisadiyyat üzrə Avropa Komissarı Paolo Centiloni "Twitter"də yazıb.
"Komissiya ümumi Avropa mexanizmlərinə əlavə olunacaq 750 mlrd. avro dəyərində olan bərpa fondunun yaradılmasını təklif edir", - deyə Centiloni bildirib.
Mənbə: apa.az