Türkmənistan vətəndaşları xaricdə qalan qohumlarına pul göndərə bilmirlər

Türkmənistan vətəndaşları xaricdə qalan qohumlarına pul göndərə bilmirlər

Pandemiya zamanı xarici ölkələrdə qalan yüzlərlə Türkmənistandan olan əmək miqrantları vətənlərindən pul ala bilmirlər, çünki hakimiyyət buna icazə vermir.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Türkmənistan hakimiyyəti koronavirus pandemiyasının başlamasından sonra hava xəttinin bağlanmasına görə xaricdə ilişib qalan vətəndaşlarına bank kartlarından 500 ABŞ dollarını çıxartmağa icazə verib.

Mayın 20-də Hindistanda müalicə alan Türkmənistan vətəndaşlarının qohumları Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinə pul köçürülməsi üçün müraciət ediblər.

Orada insanlara yaxın günlərdə zəng vuracaqları və siyahıya görə Mərkəzi Bankın ofisinə gələrək icazə verilən məbləği köçürə biləcəkləri vəd edilib. Ancaq insanlara zəng gəlməyib. Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıqları zaman məlum oub ki, 300 ABŞ dolları yalnız Səhiyyə Nazirliyinin və tibb müəssisələrinin göndərişi ilə xaricə müalicəyə gedən insanların hesablarına köçürülə bilər.

Bu kağızı əldə etmək də müşkülə çevrildiyindən indi heç kəs xaricdəki qohumlarına pul köçürə bilmir.

Belə icazə yalnız xaricdə qısamüddətli şəxsi və turist səfərlərində olan Türkmənistan vətəndaşlarına verilir.

Mənbə: konkret.az