Bu ilin 4 ayında Rusiya banklarından 8 milyard dollar əmanət çıxarılıb

Bu ilin 4 ayında Rusiya banklarından 8 milyard dollar əmanət çıxarılıb

Bu ilin aprel ayında Rusiya vətəndaşları ölkə banklarından 1,1 milyard ABŞ dolları məbləğində əmanət çıxarıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat yayıb.

Məlumata görə, mayın 1-nə fiziki şəxslərin banklardakı əmanətləri 88,2 milyard ABŞ dolları təşkil edib ki, bu da aprelin 1-i ilə müqayisədə 1,2% azdır.

Xatırladaq ki, qonşu ölkədə bank əmanətərinin azalması tendensiyası bu ilin əvvəlindən, rublun ucuzlaşmasının təsiri ilə yaranıb. 4 ay ərzində əmanətlərdə 8,3 milyard ABŞ dolları azalma olub ki, bunun da əsas hissəsi - 5 milyard ABŞ dolları mart ayının, 2,2 milyard ABŞ dolları isə yanvar-fevral aylarının payına düşüb.

Mənbə: report.az