Türkiyədə 800-dən çox məhsulun idxalı üçün əlavə gömrük vergisi tutulacaq

Türkiyədə 800-dən çox məhsulun idxalı üçün əlavə gömrük vergisi tutulacaq

Koronavirus epidemiyasının iqtisadiyyata göstərdiyi mənfi təsirlərini azaltmaq və yerli sənayeni idxalın təzyiqindən qorumaq məqsədilə Türkiyəyə xaricdən gətirilən 800-dən artıq məhsula əlavə gömrük vergisi tətbiq olunacaq. Həmin məhsulların siyahısına sənaye maşınları, qaldırıcı kranlar, kənd təsərrüfatı texnikası, mərmər, qranit, bəzi dəmir-polad məhsulları, televiziya üçün tutucu cihazlar, yarımfabrikat məmulatlar, avtomobil ehtiyat hissələri və s. daxildir.

Yeni tətbiq olunan əlavə gömrük vergisinin dərəcəsinin 30 sentyabr 2020-ci il tarixinə qədər 30 faizə çatacağı, 1 oktyabr 2020-ci il tarixindən sonra isə 10 faizə qədər aşağı salınacağı bildirilib.
.

Mənbə: vergiler.az