Dubay aeroportu tranzit uçuşların qəbul olunmasını da bərpa edəcək

Dubay aeroportu tranzit uçuşların qəbul olunmasını da bərpa edəcək

Qahirə, 27 may, AZƏRTAC

Dubay aeroportu 8 ölkəyə uçuşları həyata keçirən Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” şirkətinin aviareysləri ilə yanaşı, müxtəlif aeroportlardan gələn tranzit uçuşların qəbul edilməsini də bərpa edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Dubay Beynəlxalq Aeroportunun mətbuat açıqlamasında bildirilib.

Bakıdan “Air Arabia” aviaşirkətinin həyata keçirdiyi tranzit uçuşları qəbul edən Şarjah aeroportu da tezliklə fəaliyyətini bərpa edəcək. Qeyd olunub ki, hər iki aeroportda koronavirusun yayılmasına qarşı ciddi tədbirlər həyata keçirilir. Tranzit aviareyslərin sərnişinləri COVID-19 testindən keçirildikdən sonra növbəti uçuşa buraxılacaq. Aeroportlarda kafe, restoran və mağazalar da yenidən fəaliyyətə başlayır. Lakin bu obyektlər gecə saatlarında bağlı olacaq.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Mənbə: azertag.az