ABŞ və Çin arasında gərginlik neft qiymətlərinə TƏSİR ETDİ

ABŞ və Çin arasında gərginlik neft qiymətlərinə TƏSİR ETDİ

ABŞ və Çin arasındakı Honkonq milli təhlükəsizlik qanunu səbəbindən başlayan gərginliyin tədricən artması səbəbindən neft qiymətləri aşağı düşüb.

Sonxeber.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın, ölkəsinin Çinin mümkün müdaxilələrinə reaksiyasının "çox güclü" olacağı xəbərdarlığını etməsi, qlobal neft bazarlarında tələbin azalması ilə əlaqədar narahatlıqları artırıb.

Neft investorları dünyanın ən böyük iki iqtisadiyyatı arasındakı gərginliyin Covid-19 pandemiyası səbəbiylə dünya səviyyəsində iqtisadi məhdudiyyətlərin ləğvindən sonra da artacağını deyiblər.

Brent markalı neftin iyul qiymətləri 0,55 faiz azalaraq 35,07 dollar, ABŞ-ın Qərbi Texas Texas markalı neftinin eyni müddətli qiymətləri isə 0,76 faiz azalaraq 34,09 dollar olub.

F.Ağayeva

Mənbə: sonxeber.az