Koronavirus karbon qazının emissiyasını dünya miqyasında rekord həddə AZALDIB

Koronavirus karbon qazının emissiyasını dünya miqyasında rekord həddə AZALDIB


Koronavirus pandemiyası ilə əlaqədar dünyada görülən karantin tədbirləri səbəbindən 2020-ci ildə planetimizin atmosferinə CO2 tullantıları 8%, və ya təxminən 2,6 Gt azalacaq. Bu, bəşəriyyətin sənaye tarixində baş verən hava çirklənməsiylə bağlı ən güclü azalmadır.

BİG.AZ-ın euronews.com-a istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında bildirilir.



Hesablamalara əsasən, bu, maliyyə böhranına səbəb olan 2009-cu ildəki 0.4 Gt azalma ilə müqayisədə 6 dəfə, İkinci Dünya Müharibəsindən bəri baş verən emissiya azalmalarının cəmindən iki dəfə çoxdur.

Lakin əvvəlki böhranlardan sonra tullantılar azaldığından daha sürətli şəkildə artıb. Bu dəfə vəziyyətin necə olacağı energetika sektoruna yatırılan investisiyalardan asılı olacaq.

Qeyd edək ki, karantin tədbirləri nəticəsində aprel ayında qlobal neft tələbatı saniyədə 25 milyon barrel azalıb. İl ərzində isə tələbatın saniyədə 9 milyon barrel azalacağı gözlənilir.

Ümumilikdə izolyasiya rejimi dünyada təxminən 4 milyard nəfəri əhatə edib.

Natəvan Baxşiyeva

 

Mənbə: big.az