Xaricə səfər edənlərin sayı azalıb - ARAŞDIRMA

Xaricə səfər edənlərin sayı azalıb - ARAŞDIRMA

Ötən ilin dekabr ayında meydana çıxan koronavirusun sürətlə yayılması və ölümlərə səbəb olması dövlətləri fövqəladə vəziyyət elan etmək və sərhədləri bağlamaq məcburiyyətində qoyub.

Beləliklə, ölkələrarası bütün gediş-gəliş dayanıb.

Cebhe.info xəbər verir ki, 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə bu ilin yanvar-aprel ayları ərzində xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 42,3 faiz azalaraq 944,7 min nəfər olub. Ölkə vətəndaşlarının 33,8 faizi İrana, 29,8 faizi Gürcüstana, 20,4 faizi Rusiya Federasiyasına, 9,7 faizi Türkiyəyə, 6,3 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 68,9 faizini kişilər, 31,1 faizini qadınlar təşkil edib. Azərbaycanda dəniz nəqliyyatı ilə 2020-ci ilin yanvar-mart aylarında, hələ karantin elan olunmazdan əvvəl bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 4,9 min nəfər olub. Bu isə 2019-cu ilin müvafiq dövrünə nisbətən 25,6% artım deməkdir. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 50,3 faiz, Türkiyəyə gedənlərin sayı 42,4 faiz, Gürcüstana gedənlərin sayı 36,8 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 35,6 faiz azalıb. 2020-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,4 faizi dəmir yolu və avtomobil, 16,3 faizi hava, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edilib.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 151 ölkəsindən 539,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36,5 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Koronavirus pandemiyasının yayılması ilə əlaqədar cari ilin mart ayında olduğu kimi, aprel ayında da ölkəmizə gələnlərin sayında kəskin azalma müşahidə olunub, onların sayı əvvəlki ayla müqayisədə 4,7 dəfə, ötən ilin aprel ayı ilə müqayisədə isə 12,1 dəfə azalıb. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 65,8 faizi dəmir yolu və avtomobil, 32,8 faizi hava, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib. 2020-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,4 faizi dəmir yolu və avtomobil, 16,3 faizi hava, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib. Qeyd edək ki, 2019-cu ilin yanvar-iyul aylarında nəqliyyatçılar 1121,4 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,9% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,7%-i avtomobil nəqliyyatı, 12,0%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Tünzalə
Cebhe.info

Mənbə: cebhe.info