Prezident işsizlikdən danışdı

Prezident işsizlikdən danışdı

Rusiya Prezidenti Vladimir Putin Moskvada videokonfrans vasitəsilə hökumət rəsmiləri ilə görüş keçirərək, ölkədə əmək bazarını qiymətləndirib.

Cebhe.info xəbər verir ki, Putin əmək bazarı problemlərinin ölkədəki prioritet məsələlərdən biri olduğunu bildirib: "COVID-19 epidemiyası ilə əlaqədar məhdudiyyətlər bütün ölkələrin iqtisadiyyatına mənfi təsir göstərdi. Tələb azaldı, kommersiya fəaliyyəti azaldı, bir çox investisiya planları donduruldu. Ən son məlumatlar Rusiyada rəsmi olaraq qeydiyyata alınan işsizlərin sayının artdığını göstərir. Qeydiyyata alınan işsizlərin sayı 1,9 milyona çatdı. Bu gözlənilməz deyildi, amma Rusiyada bütün səviyyələrdə işsizlik probleminə maksimum diqqət yetirmək lazımdır".

Qeyd edək ki, neft qiymətlərinin düşməsi səbəbindən çətin günlər yaşayan Rusiya iqtisadiyyatının bu il 5-6 faiz azalması gözlənilir.
Tünzalə
Cebhe.info

Mənbə: cebhe.info