Türkmənistanda un qəhətə çıxdı – insanlar uzun növbələrə düzüldü

Türkmənistanda un qəhətə çıxdı – insanlar uzun növbələrə düzüldü

Türkmənistanın Marı vilayətinin Bayraməli şəhərində əhalinin ərzaq təminatı ilə bağlı problemlər qalmaqdadır. Əsas problem un və çörəyin olmamasıdır.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Aşqabadda sakinlər dövlət mağazalarında satılan unun keyfiyyətindən şikayətlənirlər.

“Bu günlərdə yerli un heç yerdə satılmır. İdxal olunan unu yalnız 1 kq üçün 12 manata almaq olar. Uzaq kəndlərin sakinləri deyirlər ki, sonuncu dəfə mart ayında bir aylıq un normasını alıblar”. Bayraməlidə yerli sakinlər belə deyirlər.

Türkmənistan əhalinin qida məhsullarının paylanmasının standart bir sistemini saxlayır, buna görə hər sakin üçün 5 kq un endirimli qiymətə verilir. Bu un 1 kq üçün 1 manata başa gəlir. (rəsmi məzənnə: 1 dollar 3,5 manata bərabərdir).

“Çörək almaq üçün kəndlilər səhər Bayraməli şəhərinə gələrək mağazalar açılmadan 3-4 saat əvvəl növbə çəkməlidirlər. Hər mağazada 50-60 nəfər toplaşır”. Azadlıq radiosunun müxbiri yazır.

Türkmənistanın kommersiya mağazalarında əsas məhsulların – çörəklərin, unun və bitki yağının qiymətləri dövlət qiymətlərindən dəfələrlə baha olur.

Hazırda Bayraməlinin dövlət mağazalarında bir buxanka çörək 60 manata satılır.

Paytaxt Aşqabadda da ərzaq tədarükü ilə əlaqədar hər şey qaydasında deyil. Dövlətə məxsus mağazaların birində un yalnız nağd şəkildə satılır və sakinlər onun keyfiyyətindən şikayətlənirlər. Bundan əlavə, nağd şəkildə satılan unun qiyməti dövlətin qoyduğu qiymətdən 5 qat bahadır.

“8-ci dövlət mağazasında un yalnız nağd şəkildə satılır. 2 kiloqram un 10 manatdan satılır. Kredit kartı ilə ödəmək istəsəniz, qəbul etmirlər. Səbəb isə unun dövlət qiymətinin 1 manat olmasıdır ”, – deyə Aşqabad müxbiri bildirib.

Növbədəki insanlar unun keyfiyyətindən şikayətlənirlər, ancaq hazırda satılanları almaqdan başqa çarələri qalmır.

KONKRET.az

Mənbə: konkret.az