Bakı Limanının quru yük terminalında konteynerlərlə “Azərbaycan” sözü yazılıb

Bakı, 28 may, AZƏRTAC

28 May - Respublika Günü ilə əlaqədar Bakı Limanının quru yük terminalında 54 konteynerdən istifadə olunaraq “Azərbaycan” sözü yazılıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, hər bir hərif 23 metrdən hündür olmaqla, 7 metrədək ərazini əhatə edir. Əlavə olaraq COVID-19 zamanı ümumrespublika birlik simvoluna çevrilən “#BizBirlikdəGüclüyük” həştəqi, dövlət bayrağımız və Bakı Limanının loqosunun əks olunduğu konteynerlər də kompozisiyanı tamamlayıb.

Xatırladaq ki, “#BizBirlikdəGüclüyük” kampaniyası çərçivəsində Bakı Limanı tərəfindən limanın yerləşdiyi Ələt qəsəbəsində yaşayan 300 ailəyə ərzaq yardımı olunub.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ dövlət katibi Azərbaycan xalqını Respublika günü münasibətilə təbrik edib

SONRAKI XƏBƏR

Rabitəbank aztəminatlı ailələrin biznes xəyallarını gerçəkləşdirdi - Fotolar