Rusiyadan Yamal-Avropa kəməri ilə qaz nəqli yenidən dayandırılıb

Rusiyadan Yamal-Avropa kəməri ilə qaz nəqli yenidən dayandırılıb

Öncədən sifarişin olmaması səbəbindən Rusiyadan Yamal-Avropa təbii qaz kəməri vasitəsi ilə “mavi yanacaq” nəqli yenidən dayandırılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı “Gazcade” operatoru yayıb.

Polşa platformasının məlumatına görə, mayın 28-i saat 06.00-dan mayın 29-u saat 06.00-dək qaz sifarişi edilməyib. Bu vaxtadək 11,5 mln. kilovatt/saat ( 1,1 mln. kubmetr/saat) həcmində qaz nəql edilirdi. Göstərilən tarix üçün isə 38,3 mln. kilovatt/saat ( təxminən 4 mln.kubmetr/saat) təbii qazı nəqli sifariş olunmalı imiş.

Qeyd edək ki, mayın 26-da Rusiyadan Belarus və Polşa ərazisi ilə təbii qazı Almaniyaya çatdıracaq Yamal-Avropa boru kəməri ilə qazın tranziti sıfıra endirilmişdi.

Mənbə: report.az