ABŞ-ın neft ehtiyatları yenidən artıb

ABŞ-ın neft ehtiyatları yenidən artıb

Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə (18-22 may) yenidən artıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 8,7 mln. barel artaraq 530,05 mln. barel təşkil edib.

Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 1,9 mln. barel artacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Mənbə: apa.az