Yaponiyaya gələn turistlərə pul veriləcək

Yaponiyaya gələn turistlərə pul veriləcək

Yaponiya hökuməti ölkəyə gələn turistlərə gündəlik 20 min yen (təxminən 316 AZN) miqdarında vauçer verəcək.

MK xəbər verir ki, bu məbləği mağazalarda və ictimai iaşə təşkilatlarında xərcləmək mümkün olacaq.

Bu, ölkədə turizm sektorunun bərpasına kömək məqsədi ilə edilir.

Hökumət yeni qaydanın həyata keçirilməsi üçün 1,35 trilyon yen (12,5 milyard dollar) ayırmaq niyyətindədir.

Mənbə: www.oxu.az