Britaniyanın loukosteri işçilərinin 30%-ni ixtisar edəcək

Britaniyanın loukosteri işçilərinin 30%-ni ixtisar edəcək

Böyük Britaniyanın aşağı büdcəli aviadaşıyıcısı “EasyJet” koronavirus pandemiyasının vurduğu zərəri azaltmaq üçün işçilərinin 30%-ni və ya 4,5 min işçisini ixtisar etməyə hazırlaşır.

“Report” bu barədə “Reuters”ə istinadən xəbər verir.

“Aviaşirkətlər üçün çətin bir vaxtdır və çətin qərarlar veririk. Biz pandemiyadan əvvəlki dövrdən daha rəqabətqabiliyyətli bir mühit yaratmağa çalışırıq ki, gələcəkdə asanlıqla inkişaf edək”, - şirkətin baş icraçı direktoru Johan Lundgren deyib.

Qeyd edək ki, daha əvvəl digər aşağı büdcəli aviaşirkətlər - “Ryanair” işçilərinin 15%-ni, “Wizz Air” aviadaşıyıcısı isə işçilərinin 19%-ni ixtisar edəcəyini açıqlamışdı.

Mənbə: report.az