Bu ölkədə 700-ə yaxın laboratoriya koronavirus testi keçirir

Bu ölkədə 700-ə yaxın laboratoriya koronavirus testi keçirir

Rusiyada 695 laboratoriya koronavirus üçün sınaq keçirir.

Cebhe.info xəbər verir ki, bu laboratoriyaların 108-i Rusiyanın ən nüfuzlu dövlət nəzarətçilərindən biri – “Rospotrebnadzor” adlanan quruma, 487-nin dövlət tibb təşkilatlarına aiddir.

Bunlardan 100-ü isə özəl laboratoriyadır. Bir müddət əvvəl “Rospotrebnadzor”un mətbuat xidməti koronavirusla bağlı Rusiyada ümumilikdə 9,7 milyondan çox test keçirildiyini bildirmişdi.

Mənbə: cebhe.info