Bu hava yolu şirkət 4500 nəfəri işdən çıxaracaq

Bu hava yolu şirkət 4500 nəfəri işdən çıxaracaq

Britaniyanın "EasyJet" aviaşirkəti 4500 nəfərin işdən çıxarılmasını planlaşdırıb.

Sonxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, "EasyJet"in verdiyi açıqlamada koronavirus epidemiyasına görə azalan sərnişin tələbi səbəbiylə işçilərin 30 faizinin, yəni 4500 nəfərinin işdən çıxarılması planlaşdırılıb.

"EasyJet"in baş meneceri Johan Lundgren "İndi çətin bir dövrdən keçdiyimizi bilirik, insanların həyatına təsir edəcək son dərəcə çətin qərarlar verməyə məcburuq" deyib.

Lundgren şirkətin iyunun 15-də uçuşları yenidən başlatmasına baxmayaraq, 2019-cu ildə əldə etdiyi uçuş gücünü yalnız növbəti 3 ildə bərpa edə biləcəyini açıqlayıb.

Keçən ay "Virgin Atlantik" 3,000, "British Airways" 12,000 və "Ryanair" 3000 adamın işdən çıxarılacağını açıqlamışdı.
F.Ağayeva
Sonxeber.az

Mənbə: sonxeber.az