Finlandiya 3 il sonra İranla gömrük razılaşmasını təsdiq etdi

Finlandiya 3 il sonra İranla gömrük razılaşmasını təsdiq etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Finlandiya 3 il öncə İranla bağlanan gömrük razılaşması sənədini bu gün təsdiq edib.

Bu barədə Finlandiya nazirlər kabineti məlumat verib.

“Finlandiya və İran İslam Respublikası 17 aprel 2017-ci il tarixində gömrük işlərində qarşılıqlı yardım və əməkdaşlıq haqqında saziş imzaladılar. Sazişin əsas məqsədi gömrük cinayətlərinin qarşısını almaq və araşdırmaq üçün qarşı tərəfə məlumat verməkdir”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, Finlandiya hökuməti bu gün bu müqavilə ilə əlaqəli qanuna dəyişiklikləri təsdiqləyib.

Sazişin iyunun 15-dən qüvvəyə minəcəyi bildirilir.

Finlandiya Nazirlər Kabinetinin nümayəndəsi Upi Talsi, RİA “Novosti”yə verdiyi şərhdə aydınlaşdırdığı kimi, təsdiqləmə prosesi, Aİ-nin fərdi məlumatların qorunması ilə bağlı yeni qanunvericiliyin qüvvəyə minməsi və İrandan sənədlərin alınmasında bəzi gecikmələr səbəbiylə çox uzun sürüb.

Mənbə: RİA

Mənbə: eastnews.org