Məşhur şirkət iflas astanasında

Məşhur şirkət iflas astanasında

Avtomobil kirayəsi sənayesinin ən böyük şirkətlərindən biri olan “Hertz” son vaxtlar pis günlər keçirir.
Publika.az xəbər verir ki, şirkətin ümumi borcu 17 milyard dollardır.


Ancaq buna baxmayaraq, şirkət tərəfindən 340 əməkdaşa 16.2 milyon dollar ödəmə edilib. Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim olunan sənəddə belə bir ödənişin edildiyi bildirilib. Səbəb kimi isə menecerlərin “Hertz”i tərk etməmələri üçün bu addımın atıldığı qeyd olunub.Ödəniş edilən menecerlər 2021-ci ilin 31 mart tarixinə qədər şirkəti tərk etsələr, pulu geri qaytarmalı olacaqlar.
Məhərrəm

Mənbə: publika.az