Gürcüstan hökuməti ipoteka kreditləri olanlara kömək edəcək

Gürcüstan hökuməti ipoteka kreditləri olanlara kömək edəcək

İlin sonuna kimi qoyulan müqavilələrə, beş il ərzində hökumət ipoteka borclarının dörd faizini köməklik edəcək.

Banker.az xəbər verir ki, bu sözlərui baş nazir Giorgi Qaxaria deyib.

Qaxariyanın sözlərinə görə, dördüncü anti-böhran planı development və tikinti şirkətlərinə məxsusdur və onlara həsr olunur.

O bildirib ki, beş il ərzində hökumət yaşayış şəraitinin yaxşılaşdırması qərarına gələn hər bir vətəndaşa yardım edəcək.

Bununla yanaşı, o bildirib ki, 2019-2020-ci illərdə 25 min vətəndaş 25 min ipoteka müqaviləsini imzalayıbdır.

“Sözsüz ki, hökumət onların qayğısına qalacaq ki, bu layihlər başa çatsın və həmin insanlar, 2008-ci il böhranından sonra olduğu, kimi küçədə qalmasınlar”, -deyə Qaxaria bildirib.

Mənbə: banker.az