Cümhuriyyət dövründə neft sənayesi: “Yoxdan bir dövlət və onun əsas gəlir mənbəyini yaratdılar”-Ekspert

Cümhuriyyət dövründə neft sənayesi: “Yoxdan bir dövlət və onun əsas gəlir mənbəyini yaratdılar”-Ekspert

“Xalq Cümhuryyətinin qətiyyəti olmasaydı Azərbaycan sonrakı tarixini Bakısız keçirə bilərdi”.

Cebhe.info xəbər verir ki, bunu neft məsələləri üzrə mütəxəssis İlham Şaban deyib. İ.Şaban qeyd edib ki, bu, ilk respublikamızın neftimizə sahib olmaq siyasətidir: “Azərbaycan Demokratik Respublikasının (ADR) təşəbbüsü ilə 24 iyun 1918-ci ildə Batumda Azərbaycan, Gürcüstan və Osmanlı hökumət nümayəndələri Bakı-Batum kerosin kəmərinin işə salınması və bərpasına dair saziş imzalayırlar. Çar Rusiyası dağılandan sonra bolşeviklərin təxribatçı əməlləri nəticəsində kəmərə xidmət edən nasos stansiyaları (13 ədəd idi ümumilikdə) sıradan çıxmış, kəmər bəzi yerlərdə dağıdılmışdı. Kəməri xammalla təmin edən neft Bakısı isə bolşevik-daşnakların nəzarətinə keçmişdi. AXC yarandığı andan 3 ay yarım sonra Bakıya sahib çıxa bilir, “Qərb marşrutunu” - Bakı-Batum kəmərini nisyə həm təmir etdirir, həm onun istismarı üçün zəruru avadanlıqları alır. Abşeronda sağıdılmış mədənləri bərpa edib bir ilə hasilatı ingilislərin köməyi ilə 4 milyon barel artıra bilir. Buna görə yoxdan bir dövlət və onun əsas gəlir mənbəyini (1919-da ADR ixracının 62%-i neftin payına düşürdü) yaratdı”.
Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info