COVID-19 Qazaxıstanın turizm sahəsinə ziyan vurur

COVID-19 Qazaxıstanın turizm sahəsinə ziyan vurur

Nur-Sultan, 29 may, AZƏRTAC

Qazaxıstanda koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlər bu il turizm sahəsində itkiləri 70-80 faiz təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, COVID-19 pandemiya dövründə turizm iqtisadiyyatın ən çox zərər çəkmiş sahələrindən birinə çevrilib.

Qazaxıstan Turizm Sənayesi Komitəsinin sədri Dastan Rıspekov bildirib ki, koronavirus infeksiyası səbəbindən ölkə bu il daxili turizmin 70-80 faizini itirəcək.

Turistlərin istirahət yerlərinin fəaliyyəti ilə bağlı bütün qərarlar epidemioloji vəziyyətdən asılı olaraq yerli icra orqanları tərəfindən bu regionların baş sanitar həkimləri ilə birgə qəbul ediləcək.

Qeyd edək ki, 2019-cu ildə ölkənin turizm xidmətlərinin ixracının həcmi 2,5 milyard dollar təşkil edib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

Mənbə: azertag.az