Özbəkistan "yaşıl enerji" istehsal edəcək

Özbəkistan "yaşıl enerji" istehsal edəcək

Özbəkistanda az karbonlu enerji istehsal etmək üçün "yaşıl enerji" milli strategiyası üzərində işə başlanılması anons edilib.

Cebhe.info xəbər verir ki, bu barədə “World Nuclear News” saytı məlumat yayıb.

Məlumata görə, dəm qazı tullantılarını azaltmaq üçün Özbəkistanda günəş, su və külək enerjilərindən istifadə ediləcəyi planlaşdırılır.

Eyni zamanda sənaye sahələrini fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün Mərkəzi Asiyada ilk AES tikintisi nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən layihələrə əsasən, Özbəkistan 2030-cu ilədək elektrik enerjisilə təmin olunacaq.

Sevinc Tapdıqqızı
Cebhe.info

Mənbə: cebhe.info