Rus milyarderlər koronavirusdan xilas olmaq üçün Avropa çimərliklərinə qaçırlar...

Rus milyarderlər koronavirusdan xilas olmaq üçün Avropa çimərliklərinə qaçırlar...

Rusiya dünyada koronavirus pandemiyasının təsiri altına saldığı üçüncü ölkədir.

Moderator.az xəbər verir ki, buna görə də milyarderlər özəl təyyarələrlə ölkəni tərk etməyə başlayıblar. Bu səbəbdən Rusiya ilə Avropa ölkələri arasında may ayı ərzində reyslərin sayı 61-dən 107-ə yüksəlib.

Bildirilir ki, onlar əsasən Marbella, Qirona, Malaqa, Zaraqoz kimi İspan çimərliklərinə üstünlük verirlər. Həmin imkanlı şəxslərin Moskvada böyük mənzilləri olsa da, psixoloji cəhətdən əziyyət çəkirlər və bundan xilas olmaq istəyirlər.

Rusiyada pandemiyaya görə martın 27-dən etibarən beynəlxalq reyslər dayandırılsa da, xüsusi təyyarələrlə uçuşlar həyata keçirilir. Ən çox 13 nəfərlik lüks təyyarələrin birtərəfli uçuş qiyməti 16-25 min avro arasında dəyişir. “Sirius Aero” şirkətinin rəsmiləri yanacaq qiymətlərinin ucuzlaşması və rəqabətin artması səbəbi ilə son aylarda şəxsi uçuş qiymətlərinin keçən ilə müqayisədə 20-30 faiz ucuzlaşdığını bildirib.

Rusiya bu gün ABŞ və Braziliyadan sonra koronavirus pandemiyasına yoluxmaya görə üçüncü ölkədir. Ölkədə 379 min 51 nəfər virusa yoluxub, 4 min 142 nəfər isə ölüb.

Mənbə: moderator.az