Yaponiya turistlərə pul ödəyəcək

Yaponiya turistlərə pul ödəyəcək

Yaponiya hökuməti turistlərə bu ölkəyə səyahət etdiklərinə görə pul ödəməyə qərar verib. Bu yolla onlar ölkəyə marağı stimullaşdırmaq və pandemiyadan sonrakı dövrdə turizm sahəsini dəstəkləmək istəyirlər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iyulun sonlarına günə 185 dollar dəyərində xüsusi vauçerlərin hazırlanması nəzərdə tutulub. Bu çekləri turistlər kafe, restoran və mağazalarda işlədə biləcəklər. Amma bu çeklə uçuş haqqını ödəmək mümkün olmayacaq. Layihəyə ümumilikdə trillion ien ayrılması planlaşdırılır.

 

Mənbə: modern.az