Bolqarıstan turistləri COVİD-19 arayışı və karantinsiz qəbul edəcək

Bolqarıstan turistləri COVİD-19 arayışı və karantinsiz qəbul edəcək

Bolqarıstan hökuməti müxtəlif ölkələrdən gələn turistləri məhdudiyyətsiz qəbul etməyə hazır olduğunu bəyan edib. Bu haqda məlumatı Rusiyanın Turoperatorlar Assosiasiyası yayıb.

Modern.az xəbər verir ki, səyahətçilər bu ölkəyə gələrkən onlardan koronovirus testlərinin nəticələri tələb olunmayacaq, həmçinin onlar ikihəftəlik karantində qalmayacaqlar. Turistlərin ölkədəki yoluxma vəziyyəti ilə tanış olması və qoyulan şərtlərlə razılaşması bəs edəcək. Əgər turistlərdə COVİD-19 aşkarlanarsa, onlar sığortalarına uyğun və ya öz hesablarına müalicə alacaqlar.

Bundan bir az əvvəl Bolqarıstanın Turizm naziri Nikolina Angelkova iyunun 15-dən ölkəyə çarter reyslərinin bərpa oluna biləcəyini demişdi.

Mənbə: modern.az