Avropa İttifaqı Ukraynaya 500 milyon avro kredit verəcək

Avropa İttifaqı Ukraynaya 500 milyon avro kredit verəcək

Avropa İttifaqı (Aİ) Ukrayna ilə makro-maliyyə dəstəyi proqramı çərçivəsində 500 milyon avro həcmində kredit verilməsinə icazə verib.

Cebhe.info xəbər verir ki, Avropa Komissiyası bu qərarı təstiqlədiyini bəyan edib.

Bəyanatda, Aİ-nin 2014-cü ildən bəri Ukraynaya cəmi 3,8 milyard avro kredit verdiyi və yeni növ koronavirus səbəbiylə ölkənin daha 1,2 milyard avro əlavə maliyyə dəstəyi alacağı qeyd edilib.

Bu kreditlərin Aİ tərəfindən sərbəst buraxılması üçün bəzi şərtlərə əməl olunmalıdır.

Aİ-nin maliyyə yardımları, bu yardımları alan ölkənin normal şərtlər daxilində maliyyə bazarlarında ala biləcəyi kreditlərdən daha əlverişli ödəmə şərtləri tələb edir.

Əli Bədir
Cebhe.info

Mənbə: cebhe.info