Samur gömrük keçid məntəqəsində Rusiyaya keçmək istəyən yük avtomobillərinin növbələri yaranıb

Samur gömrük keçid məntəqəsində Rusiyaya keçmək istəyən yük avtomobillərinin növbələri yaranıb

Qusar, 29 may, Elxan Yusifli, AZƏRTAC

Qusar rayonunun Samur gömrük keçid məntəqəsində nəqliyyat vasitələrinin Rusiya Federasiyasına keçməsində yaranan növbələr tezliklə aradan qaldırılacaq.

Samur gömrük postundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda Azərbaycandan qonşu ölkəyə müxtəlif mövsümi meyvə-tərəvəz məhsullarını aparan yük avtomobillərinin intensivliyi müşahidə olunmaqdadır.

Hazırda qonşu ölkəyə keçmək üçün 500-dən çox nəqliyyat vasitəsi növbə gözləyir. Avtomobillərin qarşı tərəfə keçməsində heç bir problem yoxdur və gün ərzində Rusiyaya təxminən 250-300 nəqliyyat vasitəsi buraxılır.

Yaranmış avtomobil növbələrinin tezliklə aradan qaldırılması üçün keçid buraxılış məntəqəsində müvafiq tədbirlər görülür.

Mənbə: azertag.az